AZ

“Onların 1-ci liqaya düşməsinə biz səbəb olduq” – Şamaxının nifrətinin səbəbi...

Misli premyer-liqasının 33-cü turunda “Şamaxı” evdə “Səbail”lə heç-heçə etdi (1:1).

Şamaxılı azarkeşlər əvvəldən axıra qədər “Səbail”ə ünvanlanan “Rədd ol, divizona”, “Dənizçilər”, sizi sel aparır”, “Bayılın gəmiləri Şamaxıda batır”, “Səbail”, divizion səni gözləyir” şüarları səsləndirdilər.

Maraqlıdı, belə sərt şüarların səbəbi nədi? Niyə şamaxılı azarkeşlər “Səbail”ə nifrət edir? Bu sualları “Dənizçilər”in rəhbəri Atif Rüstəmliyə ünvanladıq:
“Onların 1-ci liqaya düşməsinə biz səbəb olduq. Bizdən qisas almaq istəyirlər. Etikadan kənara çıxmamaq şərtiylə futbolda azarkeşlər arasında belə şeylər olur. Belə hadisələri normal qarşılayarıq. Rəqabət olmalıdı”.
ƏSƏD SEYİDOV
Seçilən
0
football-plus.az

1Mənbələr