AZ

Peskov Fitso və Vuçiçi qəhrəman ELAN ETDİ

“Serbiya prezidenti Aleksandar Vuçiç və Slovakiyanın baş naziri Robert Fitsonun Moskvada keçirilən Qələbə Paradına səfəri siyasətçilərin quduz təzyiqlərə baxmayaraq, göstərdikləri qəhrəmanlıq aktıdır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanala müsahibəsində deyib:

“Bizim dövrümüzdə, xüsusən Vuçiç və Fitso haqqında danışırıqsa, bu, əslində, sadəcə olaraq, qəhrəmanlıq aktıdır, çünki açıq-aşkar, cilovsuz təzyiqlərə baxmayaraq, Qələbə Gününün xatirəsinə ehtiram göstərmək üçün öz suveren iradəsini nümayiş etdirməkdir”.

Peskov qeyd edib ki, bir çox dünya liderləri təzyiqlərə baxmayaraq tədbirlərə qatılmaq üçün Rusiyaya gəliblər. Dövlət başçısının mətbuat katibi əlavə edib ki, atalarının xatirəsini ehtiramla yad etmək üçün Moskvaya gələn siyasətçilərin niyyətləri ən yüksək qiymətə layiqdir.

Qeyd edək ki, daha əvvəl “The Washington Post” yazıb ki, Qələbə Paradında dünya liderlərinin iştirakı Qərb üçün “uğursuzluq”, Rusiya rəhbərliyi üçün isə qələbədir.

Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr