Bakı. Trend:
Tərtərdə baş verən qəzada 4 nəfər xəsarət alıb.
Trend-in yerlimüxbirinin xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Sarıcalıkəndi ərazisində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn"Toyota" Prius markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" dəolan Tərtər rayon Cəmilli kənd sakinləri 1961-ci il təvəllüdlüŞabanov Eldar Əli oğlu, 1986-cı il təvəllüdlü Şahbazov ElməddinEldəniz oğlu, 1963-cü il təvəllüdlü Şabanov Elxan Əli oğlu vəonların həmkəndliləri "Toyota" markalı avtomobildə olan 1955-ci iltəvəllüdlü Əliaslanov Məzahir Şəkəralı oğlu müxtəlif dərəcəli bədənxəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili iləTərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.