AZ

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

"Betis"in yarımmüdafiəçisi İsko komandasının UEFA Konfrans Liqasının finalına yüksəlməsindən danışıb. 

Fanat.Az xəbər verir ki, ulduz futbolçunun fikirlərini UEFA-nın mətbuat xidməti belə çatdırıb: 

"Çox çətin matç oldu. Güclü rəqiblə qarşılaşmada çoxlu imkanlardan yararlana bilmədik. Bununla belə, əlavə vaxtda "Fiorentina"ya qol vuraraq finala yüksələ bildik. İndi sevinə bilərik".

İspanlar yarımfinalda “Fiorentina”dan ümumi hesabda (2:1, 2:2) güclü olublar. Konfrans Liqasının həlledici matçında Sevilya klubu London "Çelsi"si ilə qarşılaşacaq. Final matçı mayın 28-də Polşada keçiriləcək.

Seçilən
0
fanat.az

1Mənbələr