
Pakistan ordusu ötən gecə Hindistan mövqelərinə doğru 500-ə yaxın PUA göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ANI agentliyi Hindistan Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Hindistanın hava hücumundan müdafiə qüvvələri demək olar ki, bütün təyyarələri məhv edib.
“Dünən gecə Pakistan ordusu tərəfindən Hindistan mövqelərinə doğru 500-ə yaxın pilotsuz uçan aparat buraxılıb, onlar Ladaxdakı Siaçen baza düşərgəsindən Qucaratın Kutç rayonuna qədər 24 yerdə müşahidə edilib”, - mənbə bildirib.
Qeyd olunub ki, PUA-ların əksəriyyəti silahsız olub: