AZ

İngiltərə ÇL-in növbəti mövsümündə 6 klubla təmsil olunacaq

İngiltərə Premyer Liqasından UEFA Çempionlar Liqasının növbəti mövsümündə iştirak edəcək komandaların sayı məlum olub.

Arena.az məlumat verir ki, Premyer Liqadan 6 klub qitənin ən mötəbər klub yarışında bu ölkəni növbəti mövsümdə təmsil edəcək.

Premyer Liqanın cari mövsümünün yarış cədvəlinin yekunu üzrə ilk beşlikdə yer almış komandalar birbaşa növbəti mövsümün UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yollanacaqlar. Belə ki, İngiltərə cari avrokuboklar mövsümünün reytinq cədvəlində ikinci pillədən aşağı düşməyəcək ki, bu da ölkənin mötəbər yarışa milli birinciliyin yarış cədvəli üzərindən beş komanda göndərməyə imkan verir.

Altıncı bəxtəvər isə Avropa Liqasının finalında müəyyənləşəcək. “Tottenhem” – “Mançester Yunayted” ingilis finalının qalibi növbəti mövsümün Çempionlar Liqasına vəsiqə qazanacaq.

Əlavə edək ki, “mahmızlar” və “qırmızı şeytanlar” Premyer Liqa üzərindən UEFA Çempionlar Liqasına çıxmaq imkanından çoxdan məhrum olublar.

Seçilən
0
arena.az

1Mənbələr