AZ

Vətəndaşların NƏZƏRİNƏ: Keçən il qadağan edilmişdi, bu il yenidən satışda... - Bu məhsuldan özünüzü qoruyun!

Ötən il yay aylarına Azərbaycanda satılan bəzi dondurmaların insan sağlamlığına ziyan vurması ilə bağlı mövzu aktuallaşmışdı.


Nəticədə müəyyən yoxlamalardan sonra sözügedən dondurma növlərinin satışı qadağan olundu. Lakin hazırda yenidən havaların isinməsi ilə bir çox marketlər dondurma satışına başlayıb və həmin satışı qadağan olunan dondurmaların, demək olar ki, hər biri yenə də mağazalarda satışdadır.


Buna səbəb nədir? Həmin dondurma şirkətləri ilə bağlı hansı tədbirlər görülməlidir?


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Yaqubov “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.




“Bu məsələ ilə bağlı artıq istehlakçılardan da zənglər gəlir. Əhali bilməlidir ki, ümumiyyətlə, xarab və keyfiyyətsiz mal müəyyən partiyalarla gələn mallara aiddir. Deməz olmaz ki, hansısa şirkətin istehsal etdiyi bütün məhsullar istifadəyə yararsız vəziyyətdə olur. Ola bilər ki, müəyyən buraxılışda hansısa çirklənmələr, problemlər olur və həmin dövrdə istehsal olunmuş məhsullar satışdan çıxarılır. Əgər Qida Təhlükəsizliyi Agentliyi həmin partiya malı keçən il satışdan çıxarıbsa və xüsusi nəzarət tədbirləri görülübsə, onda həmin məhsul yenidən bu sezon da yoxlamalardan sonra satışa çıxarıla bilər. Burada problem yoxdur”.


Ekspert qeyd edib ki, Azərbaycanda malların geri çağırılma mexanizminin olmaması cəmiyyətdə yaranan mənfi fikrin köklü şəkildə həllinə mane olur. 


“Satışdan çıxarılan malların ictimai məhv edilməsi, KİV-in , ictimai təşkilatların gözünün önündə məhv edilməsi həyata keçirilmir. Bu da məsələnin cəmiyyətə qaranlıq qalmasına gətirib çıxarır. İstehlakçılar güman edirlər ki, həmin mallar yenidən alıcılara “sırınır”. Bu səbəbdən də Qida Təhlükəsizliyi Agentliyi bu nüansa da xüsusi diqqət yetirməlidir”.

 

Fidan Vəlisoy 

Seçilən
0
referans.az

1Mənbələr