Məhəmməd Salah jurnalistlər tərəfindən İngiltərədə ilin oyunçusu seçilib.
Publika.az xəbər verir ki, “Liverpul”un cinah oyunçusu Futbol Jurnalistləri Assosiasiyasının İngiltərə futbolunda ilin futbolçusu mükafatını qazanıb. Səsvermədə təşkilatın 900-dən çox üzvü iştirak edib və misirli 90% səs toplayıb – 21-ci əsrdə ən yaxşı nəticə.
Salah üçüncü dəfə bu mükafatı qazanmaqla Tyerri Anrinin rekordunu təkrarlayıb. O, bundan əvvəl 2018 və 2022-ci illərdə də buna nail olub.
Səsvermənin nəticələrinə görə ilk “dördlük” belədir:
Məhəmməd Salah (Liverpul);