AZ

Danimarkanın baş nazirindən ABŞ-a ciddi ittiham: Casusluq edə bilməzsiniz

Danimarkanın baş naziri Vaşinqtonun Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatları toplaması ilə bağlı xəbərlərdən sonra ABŞ-ı "müttəfiqə casusluq etmək"də tənqid edib.

Publika.az xəbər verir ki, bu barədə dünya mətbuatı yazır.

“Şimali Avropada müdafiə, çəkindirmə və təhlükəsizlik sahəsində əməkdaşlıq getdikcə daha çox əhəmiyyət kəsb edir. Əlbəttə, siz müttəfiqə casusluq edə bilməzsiniz”, - deyə baş nazir Mette Frederiksen bildirib.

Danimarka XİN rəhbəri ABŞ səfirinin Xarici İşlər Nazirliyinə çağırılacağını vurğulayıb.

Seçilən
0
publika.az

1Mənbələr