"Real"ın futbolçusu Dani Carvaxal Klublarası Dünya Çempionatında iştirak etmək istəyir.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı sağ cinah müdafiəçisi turnir başlayana qədər zədəsini sağaltmağı planlaşdırır.

Carvaxal ötən ilin oktyabrın 5-də keçirilən "Vilyarreal"la oyunda zədələnmişdi. 

Əlavə edək ki, Klublararası DÇ iyunun 14-də start götürəcək.