BAKI, 9 may. TELEQRAF
Rusiya İkinci Dünya müharibəsindən sonra nasistlər kimi cəzalandırılmalıdır.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Ukrayna dövlət başçısı Avropa ölkələrini Rusiyanı təcavüz cinayətinə görə cəzalandırmaq və bütün hərbi cinayətkarları məsuliyyətə cəlb etmək üçün tribunal yaratmağa çağırıb.
“Hamımız başa düşürük ki, qarşıda çox iş var - həm siyasi, həm də hüquqi baxımdan. Həmçinin anlayırıq ki, hərbi cinayətkarları məhkəməyə vermək nə qədər çətindir. Amma biz artıq bu yolu seçmişik. Rusiya bu müharibəyə görə cavab verəcək. Bu, Avropa və dünyada insan həyatına dəyər verən hər kəsin mənəvi borcudur”, - Zelenski bildirib.