Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Slovakiyanın baş naziri Robert Fitsonun hərbi paradda iştirak etmək üçün Moskvaya səfərinə reaksiya verib.
Hafta.az xəbər verir ki, "RBK-Ukrayna"nın yaydığı məlumata görə, Lvova səfəri zamanı o, slovak siyasətçinin "tarixin yanlış tərəfində dayandığını" deyib.
Kallas xatırladıb ki, Moskvada keçirilən hərbi parad ərəfəsində o, Avropa liderlərini bu tədbirə qatılmamağa çağırıb. Lakin Avropa ölkələrinin bəzi nümayəndələri buna məhəl qoymayıblar.
“Mən deyərdim ki, azadlığı, müstəqilliyi, bütün Avropa dəyərlərini dəstəkləyən hər kəs bu gün Avropa günündə Moskvada deyil, Ukraynada olmalıdır.
Bütün bu lüzumsuz ölümlərlə, günahsız insanların əziyyəti ilə müşayiət olunan müharibəni başladan biri ilə çiyin-çiyinə durmaq. Bu adamla necə yan-yana dayana bilərsən? O (Robert Fitso - red.) tarixin yanlış tərəfində dayanır", - deyib Kallas.
O, həmçinin Avropa ölkələrinin liderlərini Ukraynadakı müharibədə günahkar olanların hamısının məsuliyyətə cəlb edilməsi üçün mümkün olan hər şeyi etməyə çağırıb. Kallas “ədalət olmadan sülhün mümkün olmadığını” vurğulayıb.