AZ

Bu idman növünü dəlicəsinə sevir: Məşqçisi xəbərdarlıq etdi

İtaliyalı tennisçi, dünyanın bir nömrəsi Yannik Sinner Formula 1 pilotu olmağı arzulayır.

Publika.az xəbər verir ki, bu barədə onun məşqçisi in məşqçisi Simone Vaqnotsi məlumat verib.

“İnsanlar Yannikin kartdan tutmuş kartinqə kimi hər şeydə nə qədər rəqabətədavamlı olduğunu bilmirlər… Hər şeydə. Əgər tennis oynayırıqsa və mən bir xal qazansam, mənə qəzəblə baxır. Onun Formula 1 sürücüsü olmaq istəyinin nə qədər güclü olduğunu təsəvvür belə edə bilməzsiniz.

O, həqiqətən də bu idman növünə dəlicəsinə aşiqdir. Formula 1 sürücü olmaq onun arzusudur! Ehtiyatlı olun, gec-tez bunu reallaşdırmağa çalışa bilər”, – məşqçi deyib.

Seçilən
0
publika.az

1Mənbələr