AZ

Masallıda avtomobil aşıb: 3 nəfər ölüb

Masallıda

Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata əsasən, "Toyota Prado" markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü Teymurov İxtiyar Əliyar oğlunun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
0
43
reyting.az

10Mənbələr