AZ

"İlham Əliyev fayda və ziyanı təhlil edərək bu qərarı verib" - VACİB DETALLAR

"Hesab edirəm ki, Prezident İlham Əliyevin bu gün Moskvada keçirilən Qələbə paradında iştirak etməmək qərarı Azərbaycanla Rusiya arasında artan siyasi uzaqlaşma fonunda verilib".

Bu barədə Musavat.com-a açıqlamasında Böyük Britaniyadan olan politoloq-jurnalist Neil Vatson deyib.

VATSON.png

Politoloq daha sonra qeyd edib:

"İlk olaraq, prezident Putinin rəhbərliyi altında Rusiya Qələbə Gününü öz üstünlüyünün təntənəsinə çevirib. Azərbaycan isə bu bayramı elə bir vaxtda qeyd etmək istəmir ki, dünya Rusiyanı Ukraynaya qarşı təcavüzkar kimi qəbul edir.

İkincisi, 25 dekabrda Rusiya AZAL-a məxsus təyyarəni vurdu və bu hadisə Azərbaycana Rusiya ilə məsafə saxlamaq üçün əlavə səbəblər verdi.

Üçüncüsü, Azərbaycan artıq özünü "Rusofere"nin (Rusiya təsir dairəsinin) bir hissəsi kimi görmür. O, Qərblə əlaqələr qurmağa üstünlük verir, Rusiya hegemoniyasını zəiflədən və onu kənarda qoyan layihələrdə – məsələn, Cənub Qaz Dəhlizi və Orta Dəhliz kimi – fəal rol oynayır.

Dördüncüsü, həm Azərbaycan, həm də Ermənistan "Rusofere"dən uzaqlaşır. Hazırda yekunlaşmaq üzrə olan sülh danışıqları tamamilə ikitərəflidir. Artıq Azərbaycan ərazisində Rusiya sülhməramlıları yoxdur və Rusiya Ukraynaya qarşı təcavüzkar ölkə olduğu üçün ATƏT-in Minsk Qrupu – burada Rusiya həmsədr idi – faktiki olaraq mövcudluğunu itirib.

Prezident İlham Əliyev Sovet İttifaqının yetirməsidir və Qələbənin 80 illiyi ilə bağlı paradda iştirak etməməsinin Rusiyada qəzəb doğuracağını anlayır. Lakin o, fayda və ziyanı təhlil edib, Rusiya ilə, eləcə də onun təsir dairəsi ilə məsafə saxlamağın daha düzgün addım olduğunu müəyyən edib".

Xalidə Gəray
Musavat.com

Seçilən
0
2
musavat.com

3Mənbələr