“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində ABŞ prezidenti Trampın Türkiyə prezidenti Ərdoğana Ukrayna ilə Rusiya arasında vasitəçilik təklifini şərh edib.
A.Quliyevin fikrincə Tramp çox yaxşı bilir ki, Ərdoğan Ukrayna ilə Rusiya arasında vasitəçi kimi indiyə qədər olmuşlardan üstün hansısa nəticəyə yetişə bilməz.
“Bəs bu halda Tramp özünün 3 aydan çox göstərdiyi səylərin real heç bir nəticə vermədiyi vasitəçilik funksiyasını Ərdoğana niyə vermək istəyir? Tramp niyə Ərdoğandan vasitəçilik etməyi şəxsən xahiş edib?...
Səbəblər:
1. "O ağıllı liderdir, yaxşı münasibətimiz var, 2 min ildə Suriyada heç kimin edə bilmədiyini o etdi və s. kimi təmənnalı tərifləmə jestlərini növbəti dəfə davam etdirir. Ərdoğana "sən bunu bacararsan" məntiqi ilə "ruh" vermək istəyir .
2. Ərdoğanın başını yeni missiyaya qarışdıraraq onun Suriya və Qəzza işlərində diqqətini zəiflətmək istəyir.
3. Ən sonda Ərdoğanın həm Rusiya, həm də Ukrayna liderləri ilə münasibətlərini sərinləşdirməyə çalışır.
4. Yaxın Şərqdə İsrailin əl-qolunun daha geniş açılmasına cəhd edir.
Ona da Ərdoğan deyərlər...” – deyə A.Quliyev bildirir.
Tahir TAĞIYEV