PKK Öcalanın çağırışına əsasən mayın 5-7-də qurultay iclasını keçirdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, iclasda PKK-nın fəaliyyəti ilə bağlı tarixi əhəmiyyət kəsb edən qərarlar qəbul edilib.
Qərarların yaxın müddətdə ictimaiyyətə açıqlanacağı bildirilib.
Qeyd edək ki, daha əvvəl DEM Partiyasının sözçüsü Ayşəgül Doğan jurnalistlərə açıqlamasında PKK-nın tərksilah olunması ilə bağlı qurultay keçirdiyini açıqlamışdı.