AZ

Hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var

Şri-Lankanın mərkəzində “Bell 212” tipli helikopterin Maduru Oya bəndinə çırpılması nəticəsində göyərtəsində olan 6 nəfər həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, qəza zamanı 6 nəfər xilas edilərək xəstəxanaya çatdırılıb. Lakin bütün müdaxilələrə baxmayaraq, həyatlarını itiriblər.

Şri-Lanka Hərbi Hava Qüvvələrinin sözçüsü Eranda Geeganage bildirib ki, helikopter parad zamanı dırmanma təlimi üçün yerləşdirilib.O, qəzanın səbəbləri barədə məlumat verməkdən imtina edib.

Seçilən
0
cebheinfo.az

1Mənbələr