AZ

Dünyanın ən çox ziyarət olunan parkinqi - FOTO

İkinci dünya müharibəsindən 80 il ötsə də, bu tarixi hadisəyə maraq səngimir. Bu gün Almaniyada 3-cü Reyx (Hitler Almaniyası) dövründə tikilmiş binalara, görülmüş işlərə maraq nəinki azalır, əksinə artır. 

Avtosfer.az xəbər verir ki, Almaniyanın kapitulyasiyasından sonra binaların üzərindən faşizm simvolları yığışdırılıb, bəzi binalar sökülüb, yaxud, rekonstruksiya olunub. Bununla belə, tarixi yaddaş yerində qalır. Hitler dövrünün tikintiləri bu gün də dünyanın müxtəlif ölkələrindən turistləri cəlb edir. Aralarında heç bir sərhəd nəzarəti olmayan Avropa ölkələrinin turizm şirkətləri bu günlərdə Berlinə ekskursiyalar təşkil edir.

Hitler dövrünün inzibati binaları bu gün də sadəliyi və möhtəşəmliyi ilə seçilir. Məsələn,  vaxtilə Almaniya HHQ-nin baş qərargahı olmuş binada indi Almaniyanın Maliyyə Nazirliyi yerləşir (fotoda – Aİ və Almaniya bayraqları olan bina).

30-cu illərdə Almaniya həm də yaxşı avtomobilləri ilə xarakterizə olunur. Təbii ki, Reyx administrasiyasının əməkdaşlarının avtomobillərini park eütməsi üçün yer də tələb olunurdu. Bu yer isə Hitlerin bunkerinin yanında yerləşirdi (ağ-qara foto və betonla əhatəli meydança).

Alman bələdçilərin dediyinə görə, son illərdə bu tikililəri ziyarə edən əcnəbilərin sayı 30 faiz artıb. Hitler dövrünün parkinqi isə ən çox turist cəlb edən dayanacaqdır.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Seçilən
0
avtosfer.az

1Mənbələr