AZ

“Çelsi” niderlandlı hücumçu ilə danışıqlar aparır

“Çelsi” “Strasburq”un hücumçusu Emanuel Emeqanın çıxışını diqqətlə izləyir.

Msport.az xəbər verir ki, “mavilər” niderlandlı forvardın transferini ciddi şəkildə nəzərdən keçirir.

İddiaya görə, London təmsilçisi artıq mümkün keçidlə bağlı danışıqlar aparır.

Qeyd edək ki, Emeqa bu mövsüm klub səviyyəsində 29 oyunda 14 qol vurub və 3 məhsuldar ötürmə edib. 22 yaşlı futbolçu Niderlandın gənclər yığmasının da üzvüdür.

Seçilən
0
msport.az

1Mənbələr