AZ

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

UEFA Avropa Liqasının dünən keçirilən cavab qarşılaşmasında "Atletik"i 4:1 hesabı ilə darmadağın edərək (ilk oyun 0:3) finala yüksələn "Mançester Yunayted"in mərkəz müdafiəçisi Leni Yoro "Old Trafford"dakı matçdan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Hələ iş sona çatmayıb. Finalda qalib gəlmək üçün bu ruhda davam etməli, mükəmməlləşməliyik".

Xatırladaq ki, "Mançester Yunayted" finalda "Tottenhem"lə üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 21-də keçiriləcək. Görüş İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda reallaşacaq.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr