AZ

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti texniki yenilənməyə 8 milyon xərcləyəcək

BAKI, 9 may. TELEQRAF

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi ( PHŞ) su təchizatı və kanalizasiya sistemlərinin texniki modernləşdirilməsi, avadanlıqların yenilənməsi və xidmət keyfiyyətinin artırılmasına 8,4 milyon manat xərc çəkəcək.

Teleqraf xəbər verir ki, qurum bu işlər üçün podratçı axtarışındadır.

Dalğıc tipli nasos aqreqatları və elektrik dərinlik subartezian nasos aqreqatlarının satın alınmasına 587.709,23 manat, xüsusi geyimlərin satın alınmasına 736.479,36 manat xərclənəcək və zərflərin açılışı iyunun 3-də baş tutacaq.

Həmçinin, kabel sınaq və diaqnostika cihazları üçün nəqliyyat vasitəsinin alınmasına 664.819 manat, daşınan və daşınmaz əmlaka, iş alətləri və avadanlıqlara dəyən ziyanın qiymətləndirilməsi xidməti üçün 140.361 manat xərclənməsi nəzərdə tutulub. Bu müsabiqələr üzrə zərflər 4 iyun tarixində açılacaq.

Bundan əlavə, çirkab su və təmiz su üçün nəzərdə tutulan nasos aqreqatlarının alınması ilə bağlı iki tender elan olunub. Çirkab su üçün olan nasosların qiyməti 2.635.659,31 manat, təmiz su üçün olan nasosların qiyməti isə 3.688.532,75 manatdır.

Qeyd edək ki, hər iki tender üzrə sənədlərin açılışı 13 iyun tarixində baş tutacaq.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr