AZ

Çində ekoloji təmiz avtomobillərin satışı 37 faiz çoxalıb

Bakı. Trend:

Çində ekoloji təmiz avtomobillərin (elektromobil və hibridavtomobillər) satışında apreldə 37 faizlik artım qeydə alınıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, ötən ay ölkədə 922 min “yaşıl”avtomobil satılıb.

Əvvəlki illə müqayisədə artıma baxmayaraq, mart ayı iləmüqayisədə satış 7 faiz azalıb. Bununla belə, Çindəki ekoloji təmizavtomobil satışları dünya üzrə liderliyi qoruyur.

“Yaşıl” avtomobillərin populyarlıq göstəricisi də yüksəlir. Ötənay yeni enerji avtomobillərinin bazara daxil olma nisbəti 52,3 faiztəşkil edib.

Ümumilikdə, ilin 4 ayında Çində 3,34 milyon ekoloji təmizavtomobil satılıb. Bu da əvvəlki illə müqayisədə 37 faizçoxdur.

Çin nəqliyyat infrastrukturunun inkişafını bərpaolunan enerjisistemləri ilə uzlaşdıraraq, 2035-ci ilədək yeni enerjiavtomobillərini ümumi avtomobil satışının əsas istiqaməti halınagətirməyə çalışır.

Qeyd edək ki, ötən il Çində elektromobil və hibrid avtomobilistehsalı 12 milyondan çox, pərakəndə satışı isə 11 milyona yaxınolub. İstehsal və satış təxminən 35 faiz artıb. Çin ardıcıl 10ildir elektrik avtomobillərin istehsalında və satışında dünyalideridir. Ötən il dünya üzrə elektrik avtomobili satışının yarıdançoxu Çində olub.

Seçilən
0
4
az.trend.az

5Mənbələr