AZ

“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu

"Qarabağ" Futbol Klubu rəqibi FC “Şipyard” 4:2 hesabı ilə məğlub edərək Estoniya Mini-Futbol Assosiasiyasının Kubokunun finalında parlaq qələbə qazanıb. Final matçı turnirin parlaq sonu olub.

XəzərNews.az xəbər verir ki, turnir boyunca komanda inamlı və möhtəşəm bir oyun nümayiş etdirib, layiqincə finala yüksəlib və yarışın əsas kubokunu qazanıb.

Bir həftə sonra “Qarabağ” FK Estoniya minifutbol çempionatında ilk oyununa çıxacaq.
Qeyd edək ki, liqanın qalibi sentyabr ayında Bolqarıstanın Sofiya şəhərində keçirilən Çempionlar Ligasında təmsil olunacaq.

“Qarabağ” FK-nın hədəfi çempion olub və ölkəni bu möhtəşəm turnirdə təmsil etməkdir.

Xəbər 3 dəfə oxunub.
Seçilən
0
xezernews.az

1Mənbələr