AZ

Qubada selin fəsadları bir aydır ki, aradan qaldırılmırVİDEO

Qubanın rayon mərkəzindən 80 km uzaqlıqda yerləşən Qarxun kəndində 24 gündür ki, elektrik enerjisi yoxur.

Xezerxeber.az-ın məlumatına görə, aprel ayının ortasında güclü yağış və qar səbəbindən Qarxunla Adur kəndləri arasındakı 40 elektrik dirəyi aşıb, nəticədə kəndin yeganə transformatoru da sıradan çıxıb.

Kənd sakinləri “Xəzər Xəbər”ə bildiriblər ki, aprelin 15-dən evlərində işıq yanmır. Onların sözlərinə görə, kənddə elektrik dirəkləri aşıb, tranformator isə sıradan çıxıb. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, amma tədbir görülmədiyini bildiriblər. Onlar tez bir zamanda elektrik xətlərinin bərpa olunmasını istəyirlər. 

Xezerxeber.az mövzu ilə bağlı qısa videonu təqdim edir.

Daha ətraflı video material “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Seçilən
0
xezerxeber.az

1Mənbələr