Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, İmişi rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və digər şura üzvlər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.