AZ

Təbrizdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib » AzadMedia.az

Təbrizdə


İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tarixi-sənədli film nümayiş etdirilib və foto şəkildən ibarət sərgi keçirilib.
Tədbirdə Türkiyənin Təbrizdəki baş konsulu Çetin Taner və Türkiyə Baş Konsulluğunun digər əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvləri və Tərbriz şəhərində yerləşən Azad islam universitetinin azərbaycanlı tələbələri iştirak edib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Baş Konsul Əliyənnağı Hüseynov çıxış edərək bildirib ki, Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin əbədiyaşar şəxsiyyətinə göstərilən hörmət və ehtiram dövlətimizə, ölkəmizə və xalqımıza verilən yüksək dəyərdir. 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasında bütün sahələrdə baş verən böhranın qarşısını almaqla ölkəmizi və dövlətimizi məhvolmaqdan xilas edib.




Məhz Ulu Öndərimizin müdrikliyi, qətiyyəti və cəsarətli addımları sayəsində milli birliyimiz qorunub, ölkəmizin və xalqımızın üstündəki qara buludlar dağılaraq nur içində şəfəq saçan Günəş məmləkətimizin üstünə heç zaman sönməyən bir işıq saçıb. Bu əzəmətli nurun şəfəqləri Azərbaycan Respublikasının sərhədlərini aşaraq qonşu və qardaş ölkələr üçün mehriban qonşuluq məşəli alovlandırıb. Təbirdə Türkiyənin Təbrizdəki baş konsulu Çetin Taner də çıxış edərək bildirib ki, böyük dövlət xadimi, türk dünyasının mühüm liderlərindən biri olan Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı təşkil olunan bu mərasimdə iştirak etməkdən şərəf duyuram. Heydər Əliyev öz ölkəsinə, xalqına sadiq olan, Azərbaycanın qüdrətinə, böyüklüyünə, imkanlarına ürəkdən inanan bir lider idi. Heydər Əliyevin rəhbərliyi və uzaqgörənliyi sayəsində Azərbaycan çox qısa müddətdə beynəlxalq aləmdə sanballı və nüfuzlu mövqeyə yüksəlib.

Seçilən
0
1
azadmedia.az

2Mənbələr