AZ

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli oldu

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu üçün səsvermə başa çatıb.
 
Moderator.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mükafatı "İnter"in qapıçısı Yann Sommer qazanıb.
 
Sommer səsvermədə PSJ-nin müdafiəçisi Aşraf Hakimini qabaqlayıb.
 
Qeyd edək ki, isveçrəli qolkiper "Barselona" ilə yarımfinal mərhələsinin cavab oyununda (4:3) 5-i cərimə meydançası daxilində olmaqla 7 seyv edib.
 
Xatırladaq ki, Çempionlar Liqasının finalında "İnter" və PSJ üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Münhendəki stadionda baş tutacaq.
Seçilən
0
5
moderator.az

8Mənbələr