Bakının Nərimanov rayonunda sərnişin avtousu piyadanı vurub.
Xezerxeber.az xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində qeydə alınıb.
Yolun o biri tərəfinə keçməyə cəhd edən yeniyetmə hərəkətdə olan 9 nömrəli avtobusun qarşısına çıxıb. Nəticədə avtobus onu vurub. Yol-nəqliyyat hadisəsi zamanı piyada yüngül xəsarət alıb.
Avtobusun sürücüsü Elşad Babayev “Xəzər Xəbər”ə açıqlama verib.
Xezerxeber.az həmin açıqlamanı təqdim edir.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.