Tərtərdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Ekologiya.az xəbər verir ki, aksiya zamanı Tərtər-Ağdərə avtomobil yolunun Şıxarx qəsəbəsi ərazisindən keçən hissəsində 300 ədəd Eldar şamı ağacı əkilib.
Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.