AZ

“Napoli” ilə “İnter”ə bir top kifayət etdi - İCMAL

A seriyasının 35-ci turunda cədvəlin yüksək pillələrində dəyişiklik baş vermədi. Lider “Napoli” ilə əsas izləyicisi “İnter”ə qələbə üçün bir top kifayət etdi və skudettoya iddiaçılar arasındakı 3 xallıq fərq qorundu.

"Football-plus.az" xəbər verir ki, əvvəlki turda vahid liderliyi ələ keçirən “Napoli” üçün Leççeyə səfərin çətin olmayacağı güman edilirdi. Lakin Antonio Kontenin komandası A seriyasında qalmaq uğrunda mübarizə aparan rəqibini yalnız Raspadorinin yeganə qolu ilə məğlub etdi. Neapollular finişə 3 tur qalmış skudetto uğrunda mübarizədə üstünlüyünü davam etdirdilər.

Cənubluların çempionluq yolunda yeganə rəqibi olan “İnter” mövsümün həlledici mərhələsində də oyunların sıx qrafikindən əziyyət çəkir. Həftəiçi Çempionlar Liqasında (ÇL) “Barselona” ilə keçirilən səfər matçında qənaətbəxş nəticə (3:3) üçün heç də az enerji sırf etməyən milanlıların “Verona”ya qarşı oyuna qeyri-optimal heyətlə çıxacağı gözlənilirdi. Bu qərarı verən Simone İnzaqinin cəzalı olduğu üçün komandasına texniki zonadan göstəriş verə bilmədiyini də qeyd edək. Çətinlikərə baxmayaraq, İtaliyanın son çempionu penalti qolu ilə qalib gəldi.

Tura 3-cü yerdə başlayan “Atalanta” Montsada 4 cavabsız qolla qələbə qazanmaqla mövqeyini qorudu. Berqamoluların əsas izləyicisi “Yuventus” Bolonyada iki xal itirdi. Turinlilər 4-cü yerdə qaldılar, meydan sahibləri isə 1:1 hesablı heç-heçədən sonra 5-ci yerdən 7-yə düşdülər.

Ona görə ki, tur paytaxt klubları üçün uğurlu alındı. “Roma” evdə “Fiorentina”ya, “Latsio” isə səfərdə “Empoli”yə 1:0 hesabıyla qalib gələrək cədvəldə bir pillə irəlilədi. “Roma”nın Klaudio Ranyerinin başçılığı altında çempionatda məğlubiyyətsiz seriyasını 19 oyuna (14 qələbə, 5 heç-heçə) çatdırdığını da qeyd edək.

35-ci tur
Leççe – Napoli 0:1

Raspadori, 24. (28403)
Napoli: Meret, Olivera, Rrahmani, Di Lorentso, Spinatsola, Zambo Angissa, Lobotka (Gilmor, 54), Maktominey, Politano (Nqonq, 90), Raspadori (Billinq, 79), Lukaku (Simeone, 90).

İnter – Verona 1:0
Asllani, 9-p. (70222)
İnter: X.Martines, Bissek (Dimarko, 69), De Vrey, Auqusto, Darmian, Zalevski (Açerbi, 84), Frattezi, Asllani, Zyelinski (Mxitaryan, 68), Arnautoviç (Taremi, 77), Korrea.

Empoli – Latsio 0:1
Dia, 1. (8787)
Latsio: Mandas, Luka Pelleqrini (Xila, 70), Romanyoli, Jiqo, Hüsay, Maruşiç (İsaksen, 46), Rovella (Provstqor, 78), Genduzi, Zakkanyi (Pedro, 70), Dia (Vesino, 58), Kastelyanos.

Montsa – Atalanta 0:4
De Ketelare, 12; 23. Lukman, 47. Breşianini, 88. (10440)
Atalanta: Karnesekki, Cimşiti (Kuadrado,76), Hin, Kossunu (Toloy, 46), Bellanova, Zappakosta, De Roon, Ederson, De Ketelare (Paşaliç, 64), Lukman (Breşianini, 80), Retegi (Maldini, 76).

Roma – Fiorentina 1:0
Dovbik, 45+5. (63640)
Roma: Svilar, Ndika, Mançini, Çelik (Rensx, 77), Anxelinyo, Kone, Kristante (Qurna-Duat, 60), Lorentso Pelleqrini (Pizilli, 46), Sule, Şomurodov (Baldantsi, 65), Dovbik (Əl-Şaaravi, 77).
Fiorentina: De Xea, Komutso, Mari, Ponqraçiç (Beltran, 71), Parizi, Mandraqora, Riçardson (Kolpani, 71), Ndur (Adli, 90), Qosens (Facoli, 46), Zanyolo (Qudmundsson, 61), Ken.

Bolonya – Yuventus 1:1
Fröyler, 54 - K.Türam, 9. (30846)
Bolonya: Skorupski, Miranda (Likoyannis, 68), Lukumi, Beukema, De Silvestri (Kalabriya, 88), Fröyler (Pobeqa, 80), Ferqyuson, Kambyaqi, Odqor, Orsolini (Dominges, 88), Dallinqa.
Yuventus: Di Qreqorio, Kambyaso (Koşta, 69), Kalulu, Veyqa, Savona, Lokatelli (Duqlas Luis, 77), K.Türam, Qonsales (Konseysao, 77), Vea (Mbanqula, 87), Makkenni, Kolo Muani (Aciç, 87).

Torino – Venetsiya 1:1
Vlaşiç, 75-p. – Kiki Peres, 36. (21931)

Kalyari – Udineze 1:2
Zortea, 35 – Sarraqa, 27. Kristensen, 67. (16099)

Parma – Komo 0:1
Strefetsa, 79. (20132)

Cenoa – Milan 1:2
Vitinya, 61 - Leao, 76. Frendrup, 78-öz qapısına.

1. Napoli 35 23 8 4 55-25 77
2. İnter 35 22 8 5 73-33 74
3. Atalanta 35 20 8 7 71-31 68
4. Yuventus 35 16 15 4 52-32 63
5. Roma 35 18 9 8 50-32 63
6. Latsio 35 18 9 8 58-45 63
7. Bolonya 35 16 14 5 53-38 62
8. Fiorentina 35 17 8 10 53-35 59
9. Milan 35 16 9 10 55-39 57
10. Komo 35 12 9 14 45-48 45
11. Torino 35 10 14 11 39-40 44
12. Udineze 35 12 8 15 38-49 44
13. Cenoa 35 9 12 14 30-43 39
14. Kalyari 35 8 9 18 36-51 33
15. Verona 35 9 5 21 30-63 32
16. Parma 35 6 14 15 40-54 32
17. Leççe 35 6 9 20 24-57 27
18. Venetsiya 35 4 14 17 28-49 26
19. Empoli 35 4 13 18 27-55 25
20. Montsa 35 2 9 24 25-63 15

Bombardirlər: Retegi (Atalanta) - 24, Ken (Fiorentina) - 17, Lukman (Atalanta), M.Türam (İnter) - 14.

Növbəti turun oyunları mayın 9-12-si aralığında keçiriləcək: Milan – Bolonya, Komo – Kalyari, Latsio - Yuventus, Empoli - Parma, Udineze - Montsa, Verona – Leççe, Torino - İnter, Napoli - Cenoa, Venetsiya - Fiorentina, Atalanta - Roma.

Turun rəqəmi
3 - “Atalanta”ya evdə böyükhesablı məğlubiyyət “Montsa”nın aqibətini müəyyən etdi. Finişə 3 tur qalmış Alessandro Nestanın çalışdırdığı komandanın A seriyasındakı yerini qoruya bilməyəcəyi rəsmiləşdi. “Montsa”nın bu liqada 3 il əvvəl debüt etdiyini xatırladaq.

Turun ulduzu
Cakomo Raspadori (Napoli) - “Leççe” ilə oyunun nəticəsini italyan hücumçu müəyyən etdi. “Napoli” oyunboyu rəqib qapısına həmlələr etsə də, məhz Raspadorinin cərimə zərbəsi ilə vurduğu yeganə qolla qalib gəldi.

Turun sitatı
Massimiliano Farris, “İnter”in məşqçisi:
“Təəssüf ki, skudetto uğrunda mübarizə artıq bizdən asılı deyil. “Napoli” bizə şans yaratsa, imkandan yararlanmağa çalışacağıq”.
Seçilən
0
football-plus.az

1Mənbələr