AZ

Böyük Vətən Müharibəsində Həzi Aslanovun yaxın dostuna son sözü nə olub? - FOTO

"Həzi Aslanov barədə demək olar ki, hər gün ailəmizdə söhbət gedirdi. Çünki İkinci Dünya Müharibəsində iştirak etmiş  babam -  Cəfər Hüseyn oğlu Bağırbəyov Həzi Aslanovla dost idilər. Onlar eyni məktəbdə oxuyublar”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında İkinci Dünya Müharibəsində iştirak etmiş Cəfər Hüseyn oğlu Bağırbəyovun nəvəsi Sadiq Mirzəyev deyib:

“Babamla H.Aslanov 1929-cu ildə hərbi məktəbi bitirdikdən sonra hər biri ayrı sahələrə yönəliblər. Babam Kənd Təsərrüfatı İnstitutuna daxil olur. H.Aslanov isə hərbi təhsilini davam etdirmək üçün Tbilisiyə yollanır. Onlar arasında təkrar görüş baş tutanda artıq H.Aslanov mayor rütbəsinə yüksəlmiş hərbçi idi. 1943-cü ildə isə təkrar görüşüblər. O zaman artıq Stalinqrad döyüşləri başa çatmışdı. Baxmayaraq ki, onlar ayrı-ayrı yerlərdə idi, lakin münasibətləri daha yaxın oldu”. 

O, babasının İkinci Dünya Müharibəsinə yollanmasından danışdı. 

"Müharibə davam edirdi. Babam döyüşə yollandı. O vaxtkı Azərbaycan hakimiyyəti H.Aslanovu Bakıya qaytarmaq, xilas etmək istəyirdi. Ona görə də o, babamla axırıncı dəfə görüşmək qərarına gəlir.
 

Babam isə hələ də ordu sıralarında döyüşürdü. Görüşüb, sağollaşıblar və H.Aslanovun babama son sözü "Bakıda görüşənədək, mənim üçün artıq müharibə başa çatdı, sağ-salamat qayıdasan" olub. Babam qayıdırdı hərbi hissəyə.


Təəssüf ki, çatar-çatmaz general H.Aslanovun yaralandığını eşidib. O, tez avtomobillə yanına yollanıb. Artıq gedəndə görüb ki, komadadır. Babamsa müharibəni bitirdikdən sonra vətənə qayıdıb".


Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr