AZ

ABŞ vitse-prezidenti: “Rusiya danışıqlarda yeni ərazilər əldə etməyəcək”

ABŞ vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Rusiya Ukrayna ilə bağlı sülh danışıqları nəticəsində yeni ərazilər əldə etməyəcək. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, həmçinin Moskvanın pis niyyətlə dialoq aparacağı təqdirdə ABŞ-ın dialoqu tərk edəcəyi barədə xəbərdarlıq edib.

ABŞ-ın vitse-prezidenti C.D.Vens vurğulayıb ki, Moskva Ukrayna ilə bağlı gələcək sülh sazişlərinin bir hissəsi kimi əlavə ərazi alacağını gözləməməlidir.

O, həmçinin qeyd edib ki, ABŞ Rusiya tərəfinin lazımi məsuliyyət olmadan danışıqlara yaxınlaşdığını görsə, danışıqlarda iştirak etməyəcək. Onun sözlərinə görə, Vaşinqton Rusiyanın xoş niyyətli olmadığına əmin olsa, prosesdən çəkiləcək.

Musavat.com

 

Seçilən
0
musavat.com

1Mənbələr