AZ

ABŞ-də qızılca xəstələrinin sayı mini keçdi

BAKI, 9 may. TELEQRAF

ABŞ-də 1002 nəfər qızılcaya yoluxub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

Məlumata görə, bu, ABŞ qızılcadan azad region elan ediləndən bəri rast gəlinən ikinci ciddi yoluxma halıdır.

Yoluxmanın böyük əksəriyyəti - 800-dən çoxu mərkəzi-qərbi Texas, Nyu-Meksiko, Oklahoma və Kanzas ştatlarında baş verib.

Xəstə sayının daha da artacağı ehtimal olunur.

Seçilən
0
teleqraf.com

1Mənbələr