Futbol Yazıçıları Assosiasiyasının (FWA) ngiltərədə cari mövsümün ən yaxşı futbolçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Liverpul"un misirli cinah hücumçusu Məhəmməd Salah bütün rəqiblərini qabaqlayıb.
32 yaşlı vinger 2017/2018 və 2021/2022 mövsümlərində də eyni mükafata sahib çıxmışdı.
Qeyd edək ki, Salah 2017-ci ildən "qırmızılar"ın uğurları üçün çalışır. O, cari mövsüm bütün turnirlərdə "Liverpul" forması ilə 49 matça çıxaraq 33 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Mersisayd təmsilçisi Premyer Liqada vaxtından əvvəl çempionluğu təmin edib.