Bu gün "BakıKart" sistemində problem yaranıb. "M10" və "Birbank" tətbiqləri vasitəsilə edilən ödənişlər avtobuslardakı cihazlara köçməyib, bu da dayanacaqlarda sıxlıq və növbələrə səbəb olub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Ölkə.az-a bildirib ki, mayın 9-da saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb.
Onun sözlərinə görə, səbəb QR generasiyasında texniki problemin yaranmasıdır:
"Hazırda problem aradan qaldırılıb və sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər".
Həmidə İbrahimova