AZ

“Magen David” Xeyriyyə Cəmiyyəti Heydər Əliyevlə bağlı tədbir keçirdi - Fotolar

Mayın 8-də Bakıda “Landmark Hotel”də “Magen David” Azərbaycan İnsan Hüquqları Müdafiəsi və Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə xüsusi tədbir təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, Ulu Öndərin əziz xatirəsinin yad edildiyi tədbirin başlıca məqsədi, onun müdrik siyasətini, ölkəyə və xalqa xidmət nümunəsini yeni nəsillərə tanıtmaqdır.

Cəmiyyətimiz daim vətənpərvərlik ruhunun aşılanması məqsədilə həyata keçirilən layihələri dəstəkləyir, gənclərin milli ruhda tərbiyəsinə, tariximizin və qəhrəmanlarımızın tanıdılmasına xidmət edən təşəbbüslərə önəm verir.

Belə ki, Heydər Əliyevin siyasi kursunu bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tarixinin ən şanlı səhifələrindən birini yaşadı. Vətən müharibəsi Azərbaycan xalqının və ordusunun iradə, güc və birliyinin rəmzinə çevrildi. Ali  Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük müharibə zamanı xalqımızın şərəfini, ölkəmizin ərazi bütövlüyünü qorumaq uğrunda böyük qəhrəmanlıq göstərdi.

“Magen David” olaraq, məqsədimiz yalnız sosial dəstək vermək deyil, həm də milli dəyərlərin yaşadılmasına, tariximizin doğru təqdiminə və xalqın birliyinə töhfə verməyi özümüzə borc bilirik.

İctimai xadimlərin iştirak etdiyi tədbirdə “Magen David” cəmiyyətinin sədri və Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan üzrə rəhbəri David Seliverstov çıxış edib.







Seçilən
0
1
qafqazinfo.az

2Mənbələr