“Arsenal” rəhbərliyi baş məşqçi Mikel Arteta ilə bağlı qərar verib.
Msport.az xəbər verir ki, klubun İdarə Heyəti bəzi azarkeşlərin daha səviyyəli çalışdırıcı tələb etməsinə baxmayaraq, ispaniyalını istefaya göndərmək niyyətində deyil.
İddiaya görə, rəhbərlik artıq mütəxəssislə yayda transfer olunacaq futbolçuların müzakirəsinə başlayıb.
Qeyd edək ki, “Arsenal” Çempionlar Liqasının yarımfinalında PSJ-yə uduzaraq mübarizəni dayandırıb. Bununla da komandanın cari mövsümü titulsuz başa vuracağı dəqiqləşib.