“Betis”in baş məşqçsisi Manuel Pelleqrini Avropa Konfrans Liqasının yarımfinalında “Fiorentina”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az məlumat verir ki, ilk oyunda evdə “bənovşələr”i 2:1 hesabı ilə məğlub edə bilmiş “heliopolitlər”, səfərdə 2:2 (əsas vaxt 1:2) hesablı heç-heçə sayəsində finala adlayıblar.
Manuel Pelleqrini matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Biz qələbə qazanmaq niyyətində idik və düşünürəm ki, buna da müvəffəq olduq. Biz daha bir-iki qol vura bilərdik. Təəssüf ki, buraxdığımız iki qol komanda işimizi sıradan çıxardı. Ancaq biz vəziyyəti yaxşıya doğru dəyişə bildik ki, bu da meydanda öz əksini tapdı. Finala yüksəldiyimiz üçün şadıq”, – “Marca” nəşri çilili mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, Konfrans Liqasının finalına yüksəlmiş “Betis” həlledici oyunda “Çelsi” ilə qarşılaşacaq. Final oyunu Polşanın Vrotslav şəhərinin eyni adlı stadionunda keçiriləcək.