GƏNCƏ, 9 may. TELEQRAF
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Tağı Arani küçəsində yerləşən 44 nömrəli məktəb-lisey kompleksinin qarşısında qeydə alınıb.
Mingəçevir şəhər sakini 2001 ci il təvəllüdlü Kamran Hüseynov baş nahiyəsindən bıçaqlanıb.
İlkin məlumata görə, onu dostu həmin əraziyə çağırıb və mübahisə zəminində bıçaqlayıb. 24 yaşlı şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.