Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkədə Ukraynanın Avropa kənd təsərrüfatı üçün təhlükə olduğunu bildirib.
NOCOMMENT.az bildirir ki, bu barədə xarici KİV məlumat yayıb.
Siyasətçi qeyd edib ki, Ukrayna Avropanın əkin üçün yararlı torpaqlarının 40 faizinə nəzarət edir. “Bazarı ucuz ərzaq məhsulları ilə doldurmaq Aİ kənd təsərrüfatına zərər verəcək və resurslarımızı tükəndirəcək”, – Macarıstanın baş naziri xəbərdarlıq edib. Orban əlavə edib ki, Macarıstan Ukraynanı iflasdan xilas etməyəcək.
Bundan əvvəl Brüssel 5 iyundan sonra Ukraynadan Aİ-yə rüsumsuz mal idxalını uzatmaqdan imtina edib.Assosiasiya hazırda 2022-ci ildən qüvvədə olan Ukrayna mallarının idxalı ilə bağlı güzəştləri əvəz etmək üçün digər dəstək variantlarını araşdırır.
Ötən il fermerlər birlikləri Avropa İttifaqını Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağa çağırıb. Onların fikrincə, bu, avropalı istehsalçıların “sağ qalmasına” təhlükə yaratmamaq üçün edilməlidir.