AZ

Pakistan: Hindistan iki nüvə gücünü böyük münaqişənin astanasına gətirib

BAKI, 9 may. TELEQRAF

Hindistanın məsuliyyətsiz davranışları iki nüvə silahlı dövləti böyük bir münaqişənin astanasına gətirib.

Teleqraf xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Şəfqat Əli Xan deyib.

Onun sözlərinə görə, münaqişənin qarşısının alınması ilə bağlı beynəlxalq çağırışlara baxmayaraq, Hindistanın məsuliyyətsizliyi ucbatından iki ölkə arasında hərbi qarşıdurma davam edir.

“Hindistanın müharibə isteriyası dünyada narahatlıq üçün əsas olmalıdır”, - Əli Xan vurğulayıb.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr