AZ

“Putin istəsə belə müharibəni dayandıra bilməz”


Vladimir Putinin sülh danışıqları nəticəsində Ukraynaya təcavüzünü könüllü olaraq dayandırmağa razı olacağına ümid “böyük illüziya”dır, çünki “Rusiya ilə rasional danışıqlar aparmaq mümkün deyil”. Bu fikiri Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak “The Times” qəzetinə müsahibəsində səsləndirib. O, əmindir ki, Rusiya sanksiyalar və hərbi infrastrukturuna hücumlarla məcbur edilməsə, Ukraynada hərbi əməliyyatları dayandıra bilməz,o bunu istəmir və etməyəcək. "Rusiya ilə danışıqlar aparıb praqmatik və rasional olaraq nəyisə razılaşdırmaqla bağlı bütün söhbətlər sadəcə illüziyadır", - deyə Podolyak vurğulayıb. O, həmçinin deyib ki, Putin indi istəsə belə, öz işğalını geri çəkə bilməz, çünki Kreml Rusiya iqtisadiyyatını tam olaraq müharibəyə yönlənmiş şəkildə yenidən qurmuşdu və Putin buna cəhd etsə,çox güman ki, “üsyan”la üzləşəcək. "Bu gün Rusiyada hərbi-sənaye kompleksi iqtisadiyyatın yeganə inkişaf etmiş sahəsidir və bir çox insanlar müharibədən ya birbaşa, ya da müəssisələrdə müharibəyə xidmət etməklə pul qazanır. Əgər Putin müharibəni indi, məcburiyyət olmadan dayandırsa, bu, üsyana səbəb olacaq.” deyə Podolyal əminliyini bildirib.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr