BAKI, 9 may. TELEQRAF
Futbol Jurnalistləri Assosiasiyası İngiltərədə ilin ən yaxşı futbolçusunu seçib.
Teleqraf xəbər verir ki, bu ada “Liverpul"un futbolçusu Məhəmməd Salah layiq görülüb.
Misirli hücumçu üçün bu mükafat karyerasında üçüncü olub. 33 yaşlı oyunçu 2021/2022 və 2017/2018 mövsümlərinin sonunda da ən yaxşı seçilmişdi.
Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 49 oyunda 33 qol və 23 məhsuldar ötürmə müəllifi olub.
Məhəmməd Salahın Mersisayd təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsümün yekunlarına əsasən “Mançester Siti” klubunun yarımmüdafiəçisi Filip Fodeni İngiltərənin ən yaxşı futbolçusu seçilmişdi.