AZ

"Tramp Ukrayna ilə bağlı Kremlin tələblərini anlamağa başlayır" - Uşakov

 
"Tramp Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı mövqeyini yumşaldıb..."
 
Kreml hesab edir ki, Tramp Rusiya tərəfinin Ukrayna ilə bağlı tələblərini anlamağa başlayır və hər şey problemsiz olmasa da, Rusiya geri çəkilmək niyyətində deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə Kremlin köməkçisi və Rusiyanın ABŞ-dakı sabiq səfiri Yuri Uşakov bəyanat verib. Məlumatı "Reuters" agentliyi yayıb.
 
Məlumatda deyilir ki, ABŞ artıq Rusiyanın o cümlədən Ukraynaya qarşı müharibə məsələsində mövqeyini əsas məsələlər üzrə anlamağa başlayır. Lakin Kreml tərəfinin hələ də bəzi sualları var.
 
"Aydındır ki, bizim bu vəziyyətdən hansı nəticələri əldə etməyə çalışdığımız barədə müəyyən bir anlayış formalaşır", - o, deyib.
 
"Və müəyyən mənada bizim tələblərimiz, fikirlərimiz, təkliflərimiz nəzərə alınır. Hamısı yox, amma proses gedir", - Rusiyanın ABŞ-dakı sabiq səfiri əlavə edib.
 
Uşakov ABŞ-la münasibətlərdə müəyyən istiləşmə hiss olunduğunu qeyd edib və bəyan edib ki, ABŞ prezidenti Donald Tramp əvvəlki prezident Co Bayden administrasiyasının Rusiya ilə bağlı, xüsusilə də Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı mövqeyini yumşaldıb.
 
"ABŞ rəsmilərinin, məsələn Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff kimi şəxslərin bəzi şərhləri bəzən Kreml narrativlərini təkrarlamış kimi görünür", - nəşr yazır.
 
Lakin Uşakov etiraf edib ki, hər iki tərəf çox güman ki, qarşı tərəfin dediklərindən tam razı deyil. "Bəli, biz yəqin ki, onları müəyyən məsələlərdə məyus etmişik, onlar da bizi. Ola bilsin, onlar bizi bizdən daha çox məyus edib", -
Uşakov deyib.
 
Rusiyanın Ukrayna ilə bağlı tələbləri
 
Rusiya diktatoru Vladimir Putin Ukraynanın dörd vilayətinin ona verilməsini tələb edir, həmçinin münaqişənin guya əsas səbəblərinin həllini - Ukraynanın NATO-ya üzv olmaq ideyasından imtinası və Ukrayna rəhbərliyinin "denasifikasiyası" kimi absurd tələblər irəli sürür.
 
Məhz dünən axşam ABŞ vitse-prezidenti Cey Di Vens bəyan edib ki, ABŞ-ın mövqeyi Ukraynanın parçalanmasına yol verməməkdən ibarətdir. "Biz istəyirik ki, Ukrayna suveren dövlət olaraq qalsın. Rusiya hətta işğal etmədiyi ərazilərin ona veriləcəyinə ümid edə bilməz. Bu, onların ilkin sülh planına daxil etməyə çalışdıqları məsələlərdən biridir", - Vens deyib.
Seçilən
0
moderator.az

1Mənbələr