AZ

İlon Maskı ittiham edən Bill Qeyts 200 milyard dollar paylayacaq

"Microsoft"un həmtəsisçisi Bill Qeyts 2045-ci ilə qədər xeyriyyə fonduna 200 milyard dollar ayıracağını açıqlayıb.

Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, 69 yaşlı Bill Qeyts beynəlxalq yardım büdcələrinin kəsilməsinə görə İlon Maskı günahlandıraraq, bu qərarı verdiyini bildirib.

Onun sözlərinə görə, bu cür kəsintilər dünyanın ən kasıb uşaqlarının ölümünə səbəb olur.

Qeyts baş verənlər fonunda bütün sərvətini daha sürətlə xeyriyyə məqsədləri üçün xərcləmək qərarına gəldiyini bildirib.

O, öz fondunun 2045-ci il dekabrın 31-də, yəni planlaşdırılandan daha tez bağlanacağını açıqlayıb.

Qeyts ümid edir ki, ayrılan bu vəsait poliomielit və qızdırma kimi xəstəliklərin aradan qaldırılmasına, qadın və uşaqların ölüm hallarının qarşısının alınmasına və qlobal yoxsulluğun azaldılmasına töhfə verəcək.

Seçilən
0
valyuta.az

1Mənbələr