1-ci liqada mübarizə aparan “Baku Sportinq” dünən qələbəsiz oyunlar seriyasını səkkizə çatdırdı. Buzovna təmsilçisi sonuncu qələbəni 17-ci turda “Difai” ilə oyunda qazanmışdı. 25-ci turda bu komandaya da uduzdular - 1:2.
“Football-plus.az” təəccüblə bildirir ki, klub baş məşqçi Elman Sultanovla uzunmüddətli müqavilə bağlayandan sonra heç cür uğur qazana bilmir. Bütün bu uğursuzluqların nə ilə bağlı olduğunu “Baku Sportinq”in mətbuat xidmətinin rəhbəri Araz Əhmədovdan soruşduq: “Autsayderə də məğlub olmağımız onu göstərir ki, komanda dərin böhran içindədi. Bu böhran gün keçdikcə daha da dərinləşir. Bu mövsüm 1-ci liqada debütant olsaq da, istər büdcə, istərsə də heyət baxımından 1-ci liqada ilk üç pillədə olan komandalardan – “Qəbələ”, “İmişli”, “Karvan” – başqa heç kimdən geri qalmırıq. Hətta deyərdim ki, çoxlarını üstələyirik. Amma təəssüf ki, rəhbərliyin komandaya lazımi dəstəyi verməsinə rəğmən, nəticələr ürəkaçan deyil. Təbii ki, bu durum bizi qane etmir. Bu vəziyyətdə əsas məqsədimiz 1-ci liqada qalmaqdı. İnanıram ki, bu işin öhdəsindən gələcəyik”.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta