Xalq artisti, xanəndə Arif Babayevin səhhəti ilə bağlı xəbərlər müzakirə edilir.
KONKRET.az xəbər verir ki, globalinfo.az sənətçinin vəziyyəti ilə maraqlanıb.
O, sağlamlıq durumunun yaxşı olmadığını deyib.
“Maraqlanan hər kəs sağ olsun. Danışmaq çətindir. Ayağa qalxım, görüşərik”, – deyə Xalq artisti bildirib.
Qeyd edək ki, bundan əvvəl xanəndənin oğlu Yaşar Babayev atasının xəstəxanaya yerləşdirildiyi ilə bağlı “Teleqraf” agentliyinə məlumat vermişdi.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb.