AZ

Zatulin həddini aşdı: “Onu yerinə oturtmağın vaxtı deyilmi?”


Ermənilər tərəfindən yallanan Zatulin yaman fəallaşıb.Demək olar ki,bütün cəbhəboyu Azərbaycana qarşı hücuma keçib.Və ermənilərə yarınmaq üçün bütün sahələri ələk-fələk edir:-”Mən heç vaxt Azərbaycan xalqını təhqir etməmişəm. Mən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olmuşam, o zaman mənim öz baxışım var idi və belə də qalır. İnanıram ki, baş verənlər mümkün olan ən pis həlldir, hətta bunu belə də adlandırmaq olar”. Bu fikirləri Ermənistanın News-NEWS.am nəşrinə müsahibəsində Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.Azərbaycan xalqını təhqir etmədiyini iddia edən erməni sevdalısı belə davam edir:-

Daha bundan da artıq təhqir olarmı ki,Zatulin bir neçə butılka erməni konyakına görə həqiqətin ağzına daş basır.Və Azərbaycanın erməni işğalında olan Qarabağını işğaldan azad etməsini “işğal” kimi dəyərləndirir.Heç bir kənar təsir olmadan Xankəndini ermənilərin tərk etməsini isə “sürgün” kimi qələmə verir.Var gücü ilə ermənilərə xoş gəlmək üçünZatulin hər yola əl atır:-“Və bütün bunlar bu gün deyilsə, gələcəkdə, gələcək münaqişələrin toxumlarını qoyur. Məncə, uzaqgörən dövlət adamları bu barədə düşünməyə borclu idilər”. Eyni zamanda, rusiyalı deputat ikibaşlı şəkildə deyir ki, o, Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına qətiyyən qarşı deyil. "Sadəcə, xəyalpərəstliyi reallığa çevirməyin əleyhinədir. Və əlavə edir ki, Azərbaycanın Qafqazda Rusiyanın ən yaxşı dostu olduğunu söyləməyə ehtiyac yoxdur. Azərbaycan Qafqazda Rusiyanın yox,Türkiyənin ən yaxın dostudur."Rusiya-Azərbaycan münasibətlərinə gəlincə, qalan hər şey doğru ola da bilər, olmaya da bilər", - deyə Zatulin başdan-başa məkrli ifadələrlə zəngin fikirlərini yekunlaşdırıb.
Maraqlıdır, Zatulinin bu sərsəmləmələrini,yalanlarını Rusiyanın rəsmi mövqeyi saymaq olarmı?Kəsinliklə bəli.Çünki Zatulin sıradan bir vətəndaş ekspert,politoloq,jurnalist deyil.Dövlət Dumasının deputatı və komitə sədrinin müavinidir.Rəsmilərin sərsəmləmələrinə isə rəsmi şəklildə cavab verilməlidir,özü də ən kəskin şəkildə…

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr