“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın Avropa Konfrans Liqasının cari mövsümünün finalına yüksəlməsini şərh edib.
Arena.az məlumat verir ki, yarımfinalın “Yurqorden”lə ilk oyununda səfərdən 4:1 hesablı qələbə ilə qayıtmış “Çelsi”, “Stemford Bric”də 1:0 hesablı qələbə sayəsində finala adlayıb.
Entso Mareska matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Mən çox şadam, işimizin öhdəsindən gəldik. İndi bizim, hazırlıq üçün demək olar ki, 20 günümüz var. Ümidvaram ki, biz bu qəniməti qazana biləcəyik”, – UEFA-nın rəsmi saytı italyan mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, Avropa Konfrans Liqasının finalına yüksəlmiş “Çelsi” həlledici oyunda “Betis”lə qarşılaşacaq. Final oyunu Polşanın Vrotslav şəhərinin eyni adlı şəhər stadionunda keçiriləcək.